“DəmirBank” manat kreditlərinə 0 faiz komissiya tətbiq edir

DəmirBank manat kreditlərinə 0 faiz komissiya tətbiq edir | alkredit.az

“DəmirBank” manat kreditlərinə 0% komissiya tətbiq edir. Belə ki, müştərilər artıq manatla olan kreditləri “DəmirBank”ın istənilən filialına müraciət etməklə komissiyasız əldə edə biləcəklər.

Qeyd edək ki, 0 % komissiya yalnız manatla olan kreditlərə tətbiq edilib.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

www.demirbank.az

www.facebook.com/demirbank.az