“DəmirBank” sahibkarları “Açıq qapı” tədbirinə dəvət edir

DəmirBank sahibkarları Açıq qapı tədbirinə dəvət edir | alkredit.az

“DəmirBank” biznesini inkişaf etdirmək üçün əlverişli şərtlərlə kredit götürmək istəyən sahibkarları “Açıq qapı” tədbirinə dəvət edir. Tədbir iyulun 4-də saat 11:00-dan 16:00-dək “DəmirBank”ın Baş ofisində (Qarabağ küçəsi 31) keçiriləcək.

Qeyd edək ki, tədbirdə 100 min dollaradək biznes kreditlər üzrə sifarişlər qəbul ediləcək.

 

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

Bankla əlaqə saxlamaq üçün:

 

www.demirbank.az

 

www.facebook.com/demirbank.az