Dəmirbank verilmiş ipoteka kreditlərinin həcminə görə birincidir

Dəmirbank verilmiş ipoteka kreditlərinin həcminə görə birincidir | alkredit.az

DəmirBank bir sıra dövlət və qeyri-dövlət fondları ilə əməkdaşlıq edir və bu fondlardan biri də Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondudur. Fondla DəmirBank arasında əməkdaşlıq 2006-cı ildən başlayaraq uğurla davam etdirilməkdədir.

Uğurlu əməkdaşlığın nəticəsi olaraq DəmirBank yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə görə 1-ci yerə layiq görülmüşdür. Azərbaycanda fəaliyyət göstərən bankların müxtəlif göstəricilər üzrə reytinqlərinin hazırlanması layihəsi çərçivəsində “APA-Economics”- in təqdim etdiyi  məlumata əsasən 2015-ci ilin III rübündə İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditləri portfelinin həcminə görə, 43,4 mln. AZN-dən çox olmaqla Dəmirbank banklar arasında ön sıradadır.

Qeyd etmək lazımdır ki, DəmirBank əhaliyə Azərbaycan Dövlət İpoteka Fondu hesabına adi və sosial ipotekayla yanaşı Bankdaxili ipoteka kreditlərini də təklif edir.

26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az