“DəmirBank” “Xallar” aksiyasında iştirak edən müştərilərinə hədiyyələr təqdim edib

DəmirBank Xallar aksiyasında iştirak edən müştərilərinə hədiyyələr təqdim edib | alkredit.az

“DəmirBank” “Xallar” aksiyası çərçivəsində ən çox xal toplayan “DəmirTaksit” kart istifadəçilərini Türkiyəyə səyahət paketi ilə mükafatlandırıb.

bank “Xallar” aksiyasında fəal iştirak edən digər müştərilərinə notebook (Toshiba), planşet (Samsung Tab 3) və mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr təqdim edib.

Qeyd edək ki, “DəmirTaksit” kartı üzrə keçirilən “Xallar” aksiyasının qalibləri topladıqları xallara görə müəyyən olunub.

35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür.

“DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

http://azertag.az/xeber/831038