Daşınmaz əmlak bazarı haqda 4 yanlış fikir...

Daşınmaz əmlak bazarı haqda 4 yanlış fikir... | alkredit.az

Daşınmaz əmlak bazarında əməliyyat aparan şəxslər hansı səhvlərə yol verirlər? Hansı fikirlər bu sahədə yanlış addamlara səbəb olur? «Value and Sources» konsaltinq şirkətinin direktoru Rəşad Əliyev əmlak bazarında geniş yayılan, amma doğru olmayan yanaşmaları açıqlayıb.

1. Qiymətlər devalvasiyadan sonra enməyə başlayıb.

Qiymət enməsi devalvasiyadan qabaq başlayıb, 2014-cü ilin payızından. Fevralda baş verən devalvasiyaya qədər qiymətlər artıq 6 aydı düşürdü. Qiymət enməsinin nəzərə çarpmamasının əsas səbəbi ucuz mənzillərin qiymətinin daha az düşməsi olmuşdur. Devalvasiyadan sonra qiymətlər müvəqqəti olaraq manat ifadəsində artdı, dollar ifadəsində isə azaldı. Bir müddət sonra qiymətlər hər iki valyutada yenə enməyə başladı. Ancaq buna baxmayaraq bir sıra mənzillərin qiyməti manat ifadəsində devalvasiyadan öncəki qiymətlər kimi, ancaq 2014-cü ilin pik səviyyəsindən aşağıdır.

2. Neftin qiyməti qalxan kimi qiymətlər həmən artacaq.

Neftin qiymətlərinin daşınmaz əmlak bazarına təsiri dolayıdır. Sözsüz ki, neftin qiyməti makroiqtisadi şəraitə təsir edirki, bu da öz növbəsində daşınmaz əmlak bazarına təsir edir. 2008-ci il böhranında daşınmaz əmlak bazarında 2009-cu ilin sonunda durğunluq davam edəndə neftin qiyməti artıq 70 dollardan yuxarı idi. Həmin dövrdə ancaq mənzil bazarında vəziyyət bir qədər normal idi, bi isə həmin dövrdən öncə başlayan ipoteka kreditləşməsi ilə əlaqədar idi. Qiymətlərin artması üçün makroiqtisadi şərait yaxşılaşmalıdır və neftin qiymətləri tədricən təsir etməyə başlayır.

3. Kirayə qiymətləri çöküb.

Mövcud şəraitdə kirayə haqqı 2 istiqamət üzrə nəzərdən keçirilir. Birincisi mövcud kirayə bazarı, ikincisi isə mövcud kirayə müqavilələri (və ya əvvəl kirayəyə götürülmüş obyektlər üzrə haqqlar) üzrə. İkinci istiqamət üzrə kirayə haqqları orta hesabla çox cüzi düşüb. Ancaq kirayə bazarı üzrə enmə göz qabağındadır. Ancaq bazarın çökməsi real rəqəmlərlə təsdiq olunmur və bunun üçün hələ vaxt tələb olunur.

4. Qiymət enibsə ev almağın əsl vaxtıdır.

Daşınmaz əmlak qeyri-likvid əmlakdır və o, neft, qızıl və ya digər likvid mal deyil ki ticarət terminalı qarşısında onun enmə faizinə nəzər yetirəsiniz. Daşınmaz əmlak bazarında standart məhsul mövcud deyil. Qiymət enməsi haqqında mövcud olan bütün məlumatlar şərtidir və hamısı ortalama nəticələrdi. Ev almaq istəyənlər üçün həmin məlumatların praktiki əhəmiyyəti yoxdur və bu məlumatlar bazarda ancaq ab-havanı müəyyən etməyə kömək edir. Əmlak almaq qərarı isə ancaq alıcı tərəfindən aparılan təhlil nəticəsində mümkündür. Hazırda elə ev almaq mümkündür ki, gələcəkdə bazarda qiymətlər ensə belə onun qiyməti qalacaq. Ancaq elə evdə almaq olar ki, bazarda qiymətlər artsada onun qiyməti artmayacaq. Təhlil aparmayan alıcı həmişə uduzur.

 

 

mənbə:fins.az