Daha bir bank dollar müştərilərinə güzəşt etdi – 1,35-LƏ ÖDƏYİRLƏR

Daha bir bank dollar müştərilərinə güzəşt etdi – 1,35-LƏ ÖDƏYİRLƏR | alkredit.az

Azərbaycan banklarından daha biri dollarla kredit götürmüş müştərilərinə məzənnə güzəşti edib. Fins.az-ın məlumatına görə, söhbət istehlak kreditləşməsində böyük payı olan “Bank of Baku”dan gedir. Bu barədə bankın müştəriləri məlumat verib. Belə ki, “Bank of Baku” dollarla götürdüyü krediti birdəfəlik ödəmək istəyən müştələrinə ödənişi 1,35 məzənnəsi ilə həyata keçirməyi təklif edib. Bank həmçinin gecikməyə görə hesablanmış cərimə faizlərini silib. Artıq bankın bu təklifindən xeyli sayda kreditor yararlanıb.