Daha bir neft ölkəsi benzinin qiymətlərini qaldırdı

Daha bir neft ölkəsi benzinin qiymətlərini qaldırdı | alkredit.az

Qətərin benzin qiymətlərini 35 faiz artırırdığı bildirilir.

Qətərin rəsmi xəbər agentliyi QNA-nın xəbərinə görə, Qətər Yanacaq Şirkəti, bir litr super benzinin qiymətini 1 rialdan 1,30 riala (təxminən 0,35 dollar), normal benzinin qiymətini isə 0,85 rialdan 1,15 riala (təxminən 0,31 dollar) qaldırıb.

Artımın super benzin üçün 30 faiz, normal benzin üçün 35% nisbətində olduğu və sabahdan etibarən tətbiq ediləcək yeni qiymətlər barədə yanacaq doldurma məntəqələrinə məlumat verildiyi qeyd edilib.

Bəhreyn bazar ertəsi günü benzin qiymətlərini 50%, Səudiyyə Ərəbistanı isə dekabr ayında 50-67 faiz qaldırmışdı.

 

mənbə:marja