Deloitte Azərbaycanda avtomobillərin yalnız nağdsız qaydada satılmasını təklif edir

Deloitte Azərbaycanda avtomobillərin yalnız nağdsız qaydada satılmasını təklif edir | alkredit.az

"Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılması üçün sahibkarlara müəyyən güzəştlər edilməlidir".

Bu barədə "Deloitte Azerbaijan"ın idarəedici partnyoru Nuran Kərimov deyib.

N. Kərimovun fikrincə, nağdsız hesablaşmaların stimullaşdırılması üçün bəzi xarici ölkələrdə mövcud olan təcrübədən yararlanmaq olar: "Bəzi xarici ölkələrdə olduğu kimi avtomobillər yalnız nağdsız qaydada satıla bilər".

O qeyd edib ki, nağdsız hesablaşmalardan daha çox banklar faydalanacaq və nağdsız hesablaşmaların genişlənməsi bankların gəlirlərini artıracaq. "Bu baxımdan banklar da müəyyən güzəştlər etməli, komissiya haqlarını aşağı salmalıdırlar", - deyə N. Kərimov bildirib.

Mənbə: APA