Devalvasiya Azərbaycanda qızıl istehsalçısına müsbət təsir edəcək

Devalvasiya Azərbaycanda qızıl istehsalçısına müsbət təsir edəcək | alkredit.az

2015-ci ilin fevral və dekabr aylarında manatın devalvasiyası Azərbaycanda yerləşən qızıl və gümüş yataqlarında hasilatla məşğul olan "Anglo Asian Mining" şirkətinin 2016-cı ildəki fəaliyyətinə müsbət təsir edəcək.

Bu barədə məlumat şirkətin 2015-ci ildə fəaliyyətinin yekun nəticələri ilə bağlı hesabatında qeyd olunub.

“Biz istehsal etdiyimiz məhsulları ABŞ dollarında satırıq. Bizim xərclərimizin böyük əksəriyyəti isə manatla ifadə olunub. Biz hesab edirik ki, manatın 34%-lik devalvasiyasının ardından 43%-lik devalvasiyanın baş verməsi "Anglo Asian Mining"in 2016-cı ildə fəaliyyətinə müsbət təsir edəcək. Bizim hesablamalarımıza görə, 2016-cı ildə 1 ABŞ dollarının məzənnəsi 1,5 manat civarında olacağı təqdirdə bizim əməliyyat xərclərimiz təxminən 13 milyon ABŞ dolları məbləğində azalacaq”, - deyə məlumatda vurğulanıb.

Mənbə: APA