Dolların qalxıb - qalxmayacağını bu məlumat müəyyənləşdirəcək

Dolların qalxıb - qalxmayacağını bu məlumat müəyyənləşdirəcək | alkredit.az

ABŞ-ın milli valyutası Dolların dünyanın 10 əhəmiyyətli pul vahidi qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi (BBDXY), Fed rəsmilərinin ötən həftə faiz artırmağın uzaqda olmadığına işarə etmələrinin təsiri ilə, Noyabr ayından bu yana ən güclü həftəlik yüksəlişini həyata keçirib.

Gələn həftə açıqlanacaq və 207 000 artım göstərməsi gözlənilən ABŞ-da Mart ayı məşğulluq göstəricisi, dolların 17 Martda gördüyü doqquz ayın ən aşağı səviyyəsindən etdiyi sıçrayışın davam edib - etməyəcəyini müəyyənləşdirəcək.

Credit Agricole SA-nın analitiki Valentin Marinov, "Məşğulluq göstəricisi Fed-in faiz artırıcağına dair gözləntiləri qorumalı və dolları dəstəkləməlidir" deyib və "Gələn həftə açıqlanacaq bu göstərici, faiz artırımı gözləntilərini daha da gücləndirə bilər" - deyə bildirib.

Dollar, pisləşən qlobal iqtisadi inkişafa görə ABŞ Mərkəzi Bankı Fed-in faiz artırmağı təxirə salması ilə Yanvar ayından bəri mühüm pul vahidəri qarşısında 4%-dən çox ucuzlaşıb. Bu geriləmə, Fedin 15-16 Martdakı toplantısnda bu il üçün faiz artırımı proqnozlarını azaltmasından sonra daha da dərinləşdi. Bunun ardından, Fed rəsmiləri bu həftə, faizlərin qarşıdakı bir neçə ayda artırıla biləcəyinə işarə etdilər.

Bloomberg Dollar Spot İndeksi ötən həftə 1.3 faiz artaraq 1201.29 bəndə çıxıb və 26 Fevral həftəsindən bu yana ilk həftəlik qazancını həyata keçirib. 16 əhəmiyyətli valyutanın böyük hissəsi qarşısında dəyər qazanan dollar, avro qarşısında 0.9% yüksələrək 1.1167 səviyyəsinə və yen qarşısında, həftə ərzində 2014-cü ilin Oktyabr ayından bu yana ən aşağı səviyyəsini görməsinin ardından 1.4 faiz möhkəmlənərək 113.08 səviyyəsinə çıxıb.

Gündəlik əməliyyat həcmi 5.3 trilyon dollar olan qlobal valyuta bazarının bəzi iştirakçıları üçün, dolların builki sarsıntılı gedişi, ABŞ pul vahidinin bir dönüş nöqtəsinə yönəldiyinə işarə edir. Dollar indeksi bu ay 2.3 faiz və bu il 2.5 faiz düşüb.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Fevral ayında 242 000 artıb və iqtisadçıların böyük hissəsinin proqnozundan daha yaxşı çıxıb. Apreldə açıqlanacaq Mart ayının göstəricisi Fed rəsmiləri və bazar iştirakçıları tərəfindən dünyanın ən böyük iqtisadiyyatının vəziyyətini ölçmək üçün istifadə olunacaqdır.

Məşğulluq göstəricisinin proqnozdan (207 000) yüksək çıxması vəziyyətində dolların bahalaşması davam edəcək və Fed-in faizləri artıracağı günü daha da yaxınlaşdıracaqdır. Faizlərin artırılması ilə dolların bir qədər də bahalaşacağı gözlənilir. Əgər açıqlanacaq məşğulluq göstəricisi proqnozdan aşağı çıxarsa, dolların ucuzlaşması başlayacaq və Fed faiz artırmağı bir qədər də təxirə salacaqdır. ABŞ-da məşğulluq göstəricisi 1 Apreldə Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır.

Adətən dollar bahalaşdıqda neft ucuzlaşır.

mənbə:marja