Dolların ucuzlaşma səbəbi açıqlandı

Dolların ucuzlaşma səbəbi açıqlandı | alkredit.az

Ötən gün qlobal fond bazarlarında əsas indekslər yüksəlib.

Fond bazarlarında yüksəlişə səbəb bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır.

Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.

“Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər səbəb olub”, – deyə məlumatda vurğulanıb.

Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması məsələsində tələsməməlidir.APA

mənbə:valyuta