Dollar üçün kritik həftə

Dollar üçün kritik həftə | alkredit.az

ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi (FES) - daha çox FED və ya Fed olaraq da adlandırılır) 16-17 Sentyabrda keçiriləcək iclasında 2006-cı ildən bu yana ilk dəfə faiz dərəcəsini artırmağı qiymətləndirəcək.

Əgər Fed faiz dərəcəsini artırarsa, bu halda dollar digər valyutalar qarşısında daha da güclənəcəkdir.

FED FAİZİ ARTIRACAQ?

Bir çox treyder Fed-in bu iclasda hərəkətə keçməyəcəyini düşünür. Bunun ilə bağlı olaraq, ötən həftə dollar önəmli pul vahidləri qarşısında ucuzlaşıb. Dolların 10 mühüm valyuta qarşısındakı hərəkətlərini təqib edən Dollar İndeksi (DXY), Avqust ayından bu yana ilk həftəlik azalmanı göstərib. Dollar avro qarşısında ötən həftə 1.7 faiz zəifləyərək 1.1338 dollara gəlib.

TREYDERLƏR MÖVQELƏRİNİ TƏRK EDİRLƏR

Fed-in iclasına geri sayım davam edərkən, treyderlər bazarlarda keçən aykı geriləmə zamanı aldıqları mövqelərdən çıxırlar. Avstraliya dolları və Cənubi Afrika randı kimi pul vahidləri, Çinin 11 Avqustda yuanı devalvasiya etmə qərarından sonra xeyli dəyərdən düşmüşdülər, ancaq ötən həftə bəzi sərt yüksəlişlər qeyd ediblər. Avqust ayında "etibarlı liman" vəzifəsini yerinə yetirən yen isə, ötən həftə önəmli pul vahidləri qarşısında ən sərt dəyərdən düşən pul vahidi olub. Yen dollar qarşısında ötən həftə 1.3 faiz dəyərdən düşüb və Nyu-Yorkda 120.59 yen səviyyəsinə gəlib.

Qlobal bazarlar  Fedin faiz qərarı ərəfəsində sakitləşmiş kimi görünür.

Azalan volatillik, 2008-ci ildən bu yana sıfıra yaxın olan faiz dərəcələrini artırmağı müzakirə edəcək Fed rəsmilərinə etimad verə bilər. Fed-in Pul siyasəti komitəsinin üzvləri toplantı ərəfəsində bazarda baş verən prosesləri  təqib edəcəklərini bildirmişdilər. Nyu-York Fed sədri Uilyam Dadli ötən ay verdiyi açıqlamasında, səhm bazarındakı təlatümün Sentyabr ayında faiz artırımı üçün vəziyyəti zəiflətdiyini demişdi.

ABŞ Mərkəzi Bankının sədri Janet Yellen faizləri artırmamışdan öncə iqtisadi məlumatlara baxacaqlarını da bildirmişdi. İqtisadi məlumatlardan, ABŞ-da iqtisadi artım və məşğulluq güclü çıxıb, inflyasiya isə zəif qalmaqda davam edir.

Qeyd edək ki, Fed faiz qərarını Sentyabrın 17-də Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaqdır. Analitiklər və iqtisadçılar ABŞ Mərkəzi Bankı Fedin faiz dərəcəsini 0,25%-dən 0,38%-ə qaldıracağını gözləyirlər. Faiz dərəcəsi qərari ilə eyni vaxta Fed iqtisadi planlarını da açıqlayacaqdır. Saat 23:30-da isə Fed sədri Jannet Yellen kameraların karşısına keçəcəkdir. Onun açıqlamaları beynəlxalq bazarlar tərəfindən diqqətlə izləniləcəkdir.

AVRO, DOLLAR, FUNT-STERLİNQ VƏ DİGƏR XARİCİ VALYUTALARA YATIRIM EDİN! MƏLUMAT ALMAQ ÜÇÜN DAXİL OLUN.

 

mənbə:marja