Dollar bir qədər də qalxa bilər

Dollar bir qədər də qalxa bilər | alkredit.az

Azərbaycan Mərkəzi Bankı (AMB) bugünkü valyuta hərracında valyuta satışı həyata keçirəcək. Hərracda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 50 mln. dollarlıq vəsaiti satacağı planlaşdırılır.

Bugünkü hərracda tələbin azalması mümkündür. Belə olacağı halda, məzənnənin 1,51 AZN/USD səviyyəsinə kimi azalması ehtimal edilir.

Satışa çıxarılan valyuta kütləsi tam həcmdə satılarsa, rəsmi məzənnə bir qədər artacaq, lakin 1,53 AZN/USD həddini üstələməyəcək.

Ekspertlər bildiriblər ki, ümumiyyətlə, nağd dolların alış-satış məzənnəsinin azalma tendensiyası müşahidə olunur və yay aylarına doğru dollar təklifinin artması proqnozlaşdırılır:

"Dolların məzənnəsinin 1,40 AZN/USD səviyyələrinə qədər enməsi ehtimal olunur. İstənilən vəziyyətdə kəskin məzənnə dəyişiklikləri Mərkəzi Bank tərəfindən intervensiyalar vasitəsi ilə bundan sonra da tənzimlənəcək".

 

Mənbə: Report