Dollar daha çox qalxmayacaq

Dollar daha çox qalxmayacaq | alkredit.az

Dünyanın ən iri valyuta treyderi Citigroup, dolların qalxmasından istifadə edilən əməliyyatların bağlanması vaxtının yaxınlaşdığını qeyd edib.

Citigroup Inc, dolların, ABŞ Mərkəzi Bankı Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) faizi bu il artırılacağı gözləntisi ilə dünyanı sarsıdan bir yüksəliş göstərməsinin ardından, faiz artırımı baş verdikdən sonra, yəqin ki, daha çox bahalaşmayacağı proqnozunu verib.

Citigroup, Avropa Mərkəzi Bankının (AMB) gələn həftəki toplantısında monetar təşviq proqramını artırması və vaxtını uzatmasının da dolları qaldırmayacağını qeyd edib.

"İnvestorlar gəlir realizasiyası üçün FOMC-a qədər gözləməməlidir. Əgər dollarda indi uzun mövqeydəsinizsə, FOMC-un bu mövqeləri məmnun etmək üçün bir niyyəti yoxdur. Kimsə dolları yuxarı qaldırmayacaq" şəklində bildirib.

ABŞ valyutasının 10 əhəmiyyətli pul vahidi qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi bu il 8.8 faiz yüksəlib. Dollar Avro qarşısında, Bazar Ertəsi günü 1.0593 ilə Aprel ayından bu yana ən güclü səviyyəsini görməsinin ardından zəifləyərək 1.0670 səviyyəsinə enib (1 avro = 1.0670 dollar).

Fedin Dekabr ayında faiz artırımına getmə ehtimalı 74 faiz kimi göstərilir. Bu ehtimal Oktyabrın sonunda 50 faiz səviyyəsində idi. Hesab olunur ki, Fed-in failəri artırması ilə dollar daha da bahalaşacaqdır. Amma, bir sıra analitiklər qeyd edirlər ki, artıq Dollar Fed-in faiz artırmasına reaksiya verib və maksimum qalxıb.

Avropa Mərkəzi Bankının 3 Dekabrdakı toplantısında depozit faizini 10 faiz bəndi aşağı salıb mənfi 0.2 faiz səviyyəsinə endirməsi gözləntisi, müddətli əməliyyat məlumatlarına görə, qiymətlərə tam olaraq əks olunmuş vəziyyətdədir.

Qeyd edək ki, dünya birjalarında dolların qalxması, Avronun isə ucuzlaşması Azərbaycan Manatına da ötürülür. Dollar Manat qarşısında güclənir, Avro isə "ölür". 24 Noyabrda 1 dollar 1.0510 manata bərabər olub. Dolların qalxmasının dayanmasının proqnozlaşdırılması, ABŞ valyutasının Manat qarşısında da bahalaşmasının dayanacağına işarə edir.

mənbə:marja