Dollar ucuzlaşır, neft qalxır

Dollar ucuzlaşır, neft qalxır | alkredit.az

Dünən və bu gün Dollar Avro qarşısında dəyərdən düşür.

Bu gün Dollar Avro qarşısında 0,6% dəyərdən düşüb. Bakı vaxtı ilə saat 07:50-də Avro/dollar məzənnəsi 1.0918 dollar səviyyəsinə qalxıb. Qeyd edək ki, Avro/dollar məzənnəsi Dekabrın 18-də 1.0805 səviyyəsinə qədər düşmüşdü.

Neft qiymətləri, ABŞ-da həftəlik neft ehtiyatları və hasilat göstəriciləri açıqlanmadan öncə ucuzlaşmasını dayandırıb.

Brent nefti 0,5% bahalaşaraq 36,54 dolları, ABŞ xam nefti isə 36,11 dolları görüb.

Analitiklər ABŞ-da neft ehtiyatlarının ötən həftə 1 milyon barrel artmasını gözləyirlər. Beləliklə, neft ehtiyatları son beş ilin orta göstəricisindən təxminən 130 milyon barrel yuxarı qalmaqda davam edəcək. Morqan Stenli, bazarın yenidən balanslaşmasının 2017-ci ildə yaranacağını qeyd edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı Manatın məzənnəsinə qlobal proseslərin, o cümlədən dolların qlobal və neftin qiymətinin təsir edəcəyini bəyan edib.

mənbə:marja