Dollar ucuzlaşır, peşiman olanlar artır

Dollar ucuzlaşır, peşiman olanlar artır | alkredit.az

Matın 11-də USD/AZN rəsmi məzənnəsi 1.6456 səviyyəsinədək qalxmışdı. Həmin vaxt bir çoxları dollarını sataraq manat aldılar. İlin əvvəlində təxminən 106-107 manatdan alınmış  hər 100 dollar 164 manata satıldı. Dolları, məzənnə 0,80 manat olan vaxt alanlar isə, təbii ki, daha çox qazandılar.

Bir çox insanlar isə ya nəfisinə, ya da qorxduğuna görə, dollarlarını satmadı. Gəzən şaiyələrə görə, 1 dollar 2 manata qədər qalxacaqdır. Bu iddialara qarşı, dollar Azərbaycanda ucuzlaşıb və bu gün yenidən rəsmi məzənnə 1,55 manat səviyyəsinədək düşüb. Atıq banklar dolları 1.50 manatdan alırlar.  Dolları 1.64 olan zaman satmayanların bir çoxu bu gün təşviş içindədirlər. “Görəsən dollar daha nə qədər düşə bilər?” sualı onları düşündürür.

Bu gün Azərbaycanda dollarlaşma yüksək səviyyədədir. Ekspertlər hesab edirlər ki, məzənnə bir qədər sabitləşdikdən sonra, Manat kütləsi artacaqdır.

Yastıq altındakı dollarların manata çevrilməsi yollarından biri də dolların məzənnəsinin yenidən bir qədər qaldırılması ola bilər. Müşahidələr göstərir ki, bu gün əlində 5-10 min dolları olan minlərlə insan məzənnənin bir qədər qalxmasını və bu halda dollarını satmağı gözləyir. Əgər məzənnə yenidən 1.65 səviyyəsinə yüksələrk düşməyə başlayarsa, çoxları dollarını satacaqdır. Çünki artıq həmin valyuta onlara şəxsi və digər ehtiyacları üçün lazımdır. Onlar isə dolları daha baha satmaq istəyirlər.

Dollar baha olanda satmadığına peşiman olanlara baxmayaraq, hələ də bir qrup insan 1 dolların 2 manat olacağına inanır.

mənbə:marja