Dollar və qlobal bazarlar Fed protokollarını gözləyir

Dollar və qlobal bazarlar Fed protokollarını gözləyir | alkredit.az

ABŞ Mərkəzi Bankı Fed, qlobal qeyri-müəyyənlik əsnasında faiz artırmağın, ya da ABŞ-ın iqtisadi vəziyyətinin yaxşılaşması zamanı faizləri sabit saxlamağın risklərinə bu həftə daha çox işıq tutacaq.

Fed-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) 26-27 Aprel toplantısına dair qeydləri bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq.

Bəzi regional Fed sədrləri ötən həftə, İyun və ya İyul ayında bir həmlə edilməsinin mümkün olduğunu bildirmişdi. Buna qarşı Fed sədri Janet Yellen-dən, ya da Fedin iki nömrəlisi Stenli Fişer tərəfindən hər hansı bir açıqlama verilməyib. Yellen, Harvard Universitetində 27 May tarixində çıxış edəcək. Fişer isə Cümə günü Nyu-Yorkda fikirlərini açıqlayacaqdır.

Bu gün açıqlanacaq iclas protokolları, neçə Fed üzvünün faiz artırmağa tərəfdar olduğunu və neçəsinin gözləməyin tərəfdarı olduğunu göstərə bilər. Eyni zamanda protokollar, ABŞ və qlobal iqtisadi mənzərəyə dair risklərə də diqqət çəkə bilər.


mənbə:marja