Dollar yenidən hər gün bahalaşır

Dollar yenidən hər gün bahalaşır | alkredit.az

Dollar Avro qarşısında bahalaşmaqda davam edir. Məzənnə 1.05-ə düşməyə yaxınlaşıb.

Bu gün Bakı vaxtı ilə 06:15-də beynəlxalq birjalarda avro/dollar məzənnəsi 0,5% düşərək 1.06003 səviyyəsini görüb (Dollar Avro qarşısında 0,5% bahalaşıb, 1 avro = 1.06 dollar). Bu, Aprel ayından bəri (son 7 ayda) görülən ən aşağı səviyyədir. Aprelin 5-də Avro/dollar məzənnəsi 1.06004 səviyyəsini görmüşdü.

Avro/dollar cütlüyü bu ilin Mart ayında 1.0495 səviyyəsini test etmişdi. Həmçinin, 24 Avqustda  1 Avro 1.1620 dollara bərabər idi. Yəni, Avro Avqustdan bəri təxminən 9% dəyərdən düşüb.

Beynəlxalq bazarda dolların güclənməsi, Avronun isə zəifləməsi Azərbaycan manatının da məzənnəsinə ötürülür. Beynəlxalq birjalarda dolların güclənməsinin və Avronun zəifləməsinin Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrində əks olunacağı gözlənilir.

mənbə:marja