Dollara təsir edə biləcək mühüm məlumat açıqlanacaq

Dollara təsir edə biləcək mühüm məlumat açıqlanacaq | alkredit.az

Bu gün qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanacaqdır.

ABŞ-da məşğulluğun artması, FED-in faiz artıracağı tarix üçün mühüm əhəmiyyət daşıyır. Yaxşılaşan məşğulluq faiz artırmağı tezləşdirə bilər.

“Marja” xəbər verir ki, ABŞ-da  kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.  ABŞ-da Apreldə məşğulluğun 202 min artacağı gözlənilir. Fevralda məşğulluq 215 min nəfər artmışdı.

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin dəyişməyərək 5%-də qalacağı proqnozlaşdırılır.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri ən azı 2 dəfə artıracağı gözlənilir. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir və bunun da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.