Elektron ticarət mağazaları üçün yenilik

Elektron ticarət mağazaları üçün yenilik | alkredit.az

İnternet mağazalar “Hesab.az” elektron ödənişlər portalına çıxış əldə edəcəklər. Bunu “Goldenpay” şirkətindən deyiblər.

Hazırda “Public API”-nin yaradılması üzərində iş aparılır. O, elektron ticarət mağazalarına “Hesab.az” portalına inteqrasiya etməyə imkan verəcək.

Şirkətdən bildiriblər ki, bu üstünlükdən elektron ticarətdə irəliləmiş layihələr, eləcə də perspektivli biznes planları olan və artıq elektron ödənişlər qəbul edən şirkətlər istifadə edə bilərlər: “Biri var “Goldenpay”-ə qoşulasan və elektron ödənişləri qəbul edəsən, biri də var “Hesab.az” bazasına inteqrasiya edəsən. Məqsəd elektron ödənişlər portalı istifadəçilərinin də onların xidmətlərindən istifadə edə bilməsidir”.

Şirkətdən qeyd ediblər ki, internet mağazalarının “Hesab.az” portalına inteqrasiya etməsi üzrə işlər 2016-cı ildə başlaya bilər.

Mənbə: Trend