Elnur Hüseynquluyev - Yeni həyat sığortası məhsulları hazırlayırıq

Elnur Hüseynquluyev - Yeni həyat sığortası məhsulları hazırlayırıq | alkredit.az

“PAŞA Həyat Sığorta” şirkətinin cari ilin sonuna olan planları ilə bağlı açıqlamalar edilib.

Elnur Hüseynquluyev:  səmərəli və məqsədyönlü fəaliyyət nəticəsində ilin sonuna olan proqnozlar tam yerinə yetiriləcək

-Şirkətin mövcud maliyyə vəziyyəti ilə bağlı (sığorta haqları, sığorta ödənişləri və nizamnamə kapitalı ) məlumat vermənizi xahiş edirik

- Bu ilin yanvar- iyul aylarına nəzər yetirsək görərik ki bu müddət ərzində “PAŞA Həyat”da yüksək inkişaf meylləri davam etdirilib. Belə ki, 2015-ci ilin 7 ayı ərzində yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,813 mln. manat və ya 43,04% artaraq 35,939 mln. manata, sığorta ödənişlərinin həcmi isə 5,111 mln. manat və ya təxminən 4 dəfə artaraq 6,832 mln. manata çatıb. Portfel üzrə yığımlar “həyatın ölüm halından sığortası”, “həyatın yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” və “əmək qabiliyyətinin sığortası” növlərinin payına düşüb.

Hesabat dövründə baş vermis sığorta hadisələri üzrə ümumilikdə 6,882 mln. manat həcmində sığorta ödənişi verilib ki, burada da ən cox vəsait “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “sağalmaz xəstəliklərdən sığorta”, “kredit götürən şəxslərin həyat sığortası” və “həyatın yaşam sığortası” növləri üzrə ödənilib.

Hazırda şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edib.

- “PAŞA Həyat Sığorta” şirkətinin cari ilin sonunadək hansı planları nəzərdə tutulub.

- Bildiyiniz kimi, Azərbaycanın həyat sığorta bazarının lider şirkəti olan “PAŞA Həyat” 2015-ci ildə də bazarın lider şirkəti olaraq qalmaq niyyətindir. Ümumi strateji plana nəzər yetirsək görərik ki, bütün işlər düzgün istiqamətdə həyata keçirilir. Ümumi planlara görə, şirkətin əsas maliyyə göstəriciləri üzrə dinamikanın əvvəlki illərə nisbətən daha da yüksəldilməsi, korporativ sosial məsuliyyət proqramlarının təşkili işlərinin artırılması, maarifləndirmə işlərinin davamlı təşkili, şirkətin rəsmi veb səhifəsinin redizaynı və digər işlərin yüksək səviyyədə təşkili nəzərədə tutulub.

Konkret maliyyə göstəricilərinə gəldikdə isə qeyd edə bilərik ki, səmərəli və məqsədyönlü fəaliyyət nəticəsində ilin sonuna olan proqnozlar tam yerinə yetiriləcək.

- Hazırda “PAŞA Həyat” tərəfindən bazara hansısa yeni məhsul hazırlanırmı?

- Azərbaycanın həyat sığortası bazarında daima öz dinamik ikişafı ilə diqqəti cəlb edən “PAŞA Həyat” şirkəti orta müddətli strategiyasına uyğun olaraq, 2015-ci il üçün illik planında Azərbaycan sığorta bazarı, o cümlədən müştərilərin tələblərinə cavab verə biləcək səviyyədə yeni sığorta məhsullarının hazırlanması və onun bazara təqdim etməsini nəzərədə tutub.

Bildiyininz kimi, “PAŞA Həyat”şirkəti həyat sığortası xidmətləri göstərən şirkətlər arasında bazara ən çox həyat sığortası məhsulları təqdim edən yeganə şirkətdir. Hazırda “PAŞA Həyat” şirkəti həyat sığortası bazarına eləcə də, fərdi və korporativ müştərilərə 8 növ üzrə könüllü  həyat sığortası məhsulları, o cümlədən  “həyatın ölüm halından sığortası”, “həyatın yaşam sığortası” və “sağalmaz xəstəliklərdən sığorta”, “annuitet sığortası”, “kredit götürən şəxslərin həyat sığortası”, “əmək qabiliyyətinin sığortası”, “işsizlik sığortası” və “vacib şəxslərin həyat sığortası” məhsullarını təklif edir. Sayından da göründüyü kimi bazara təklif olunan həyat sığorta məhsullarının çeşidinə görə, PAŞA Həyat” digər göstəriciləri kimi bazarın lider şirkəti hesab edilir.

Cari ilin sonunadək bazara təqdim eiləcək yeni məhsula gədikdə isə qeyd edə bilərəm ki, hazırda yeni həyat sığortası məhsulunun hazırlanması üzrə işçi qrupu tərəfindən bu istiqamətdə müvafiq işlər görülür.

 

mənbə:marja