“Expressbank”ın “Qış Möcüzəsi” aksiyasının ilk qalibləri müəyyən olunub

Expressbankın Qış Möcüzəsi aksiyasının ilk qalibləri müəyyən olunub | alkredit.az

“Expressbank” bank kartlar üzrə Visa ilə birgə keçirdiyi “Qış Möcüzəsi” adlı aksiya keçirir. Aksiyanın yanvar ayı üzrə qalibləri müəyyən olunub. Bankın 2 müştərisi planşet və smartfon, 214 nəfər isə flash card qazanıb.

Bankdan AzərTAc-dan aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 manatdan az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biləcəklər. Aksiya martın 20-dək davam edəcək.

Qeyd edək ki, müştərilər Visa Electron kartını 6 manat, Visa Classic kartını isə 8 manata əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa Gold, 800 manat ilkin mədaxillə isə Visa Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.