Expressbank-ın SmileCard-ı ilə istənilən zaman nağdılaşma mümkündür

Expressbank-ın SmileCard taksit kartı ilə istənilən zaman nağdılaşma mümkündür. Expressbank-ın SmileCard-ı ilə istənilən zaman nağdılaşma mümkündür | alkredit.azMüştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı Expressbank filiallarında dərhal əldə edə bilərlər.

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 AZN təşkil edir.

 

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

 

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

 

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.