Expressbank 2015-ci ilin ikinci rübünün nəticələrini elan edib

Expressbank 2015-ci ilin ikinci rübünün nəticələrini elan edib | alkredit.az

Expressbank-ın aktivləri 1 iyul 2015-cü il tarixinə 275,5 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 41,8 mln. manat və ya 22,3%  artaraq 229,5 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2015-ci il tarixinə 100,9 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 53,4 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 11,4% çoxdur.

Bankın 1 iyul 2015-ci il tarixinə məcmu kapitalı isə 140,5 mln. manat təşkil edib.

Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır.

 

www.expressbank.az

www.facebook.com/Expressbank