Expressbank adi iş rejimində müştərilərə xidmət göstərməkdə davam edir

Expressbank adi iş rejimində müştərilərə xidmət göstərməkdə davam edir | alkredit.az

Expressbank müştərilərə adi iş rejimində xidmət göstərməkdə davam edir. Müştərilər Expressbank filiallarına müraciət etməklə, müxtəlif bank xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, Expressbank müştərilərə geniş çeşiddə bank xidmətləri təklif edir: hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, bank kartları, təcili pul köçürmələri və s.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

 

www.expressbank.az

www.facebook.com/Expressbank