Expressbank-dan bütün qadınlara pulsuz kart

Expressbank-dan bütün qadınlara pulsuz kart | alkredit.az

Expressbank 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xüsusi aksiya təqdim edir. Aksiya çərçivəsində 1 – 7 mart tarixlərində Expressbank-ın kartları xanımlara pulsuz verilir.

Aksiyanın şərtlərinə görə, hər xanım müştəri yalnız 1 ədəd Visa Electron / Maestro, Visa Classic / MasterCard Standard və ya Visa Gold / MasterCard Gold kartlarını pulsuz əldə edə bilər. Kartlar 1 il müddətinə verilir. Expressbank kartlarına vəsaiti ExpressPay terminalları vasitəsilə komissiyasız mədaxil etmək mümkündür.

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Expressbank-ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

 

www.expressbank.az

www.facebook.com/Expressbank