Expressbank faizləri endirdi

 

Expressbank faizləri endirdi | alkredit.az

 

Expressbank nağd pul kreditləri üzrə bank komissiyasını endirib. Artıq müştərilər Expressbank filiallarında kredit götürərkən rəsmiləşdirməyə görə cəmi 1% komissiya ödəyəcəklər.

 

Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Kreditin məbləği 5000 AZN-dək ola bilər. Müştərilər həmçinin elektron arayışları Expressbank-ın bütün filiallarından kredit əldə edə bilərlər.

 

Vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Elektron arayışı həmçinin Expressbank filiallarından da almaq olar. Banka gələn müştərilərə planşetlər təqdim olunur və müştərilər bu planşetlər vasitəsilə elektron arayışlar əldə edə bilərlər.

 

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır.

 

www.expressbank.az

www.facebook.com/Expressbank