Expressbank fotomüsabiqənin qaliblərini mükafatlandırıb

Expressbank fotomüsabiqənin qaliblərini mükafatlandırıb | alkredit.az

Xəbər verdiyimiz kimi, Expressbank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Instagram və Facebook istifadəçiləri arasında “Gül, Balam” adlı fotomüsabiqə keçirib. Müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 300 AZN, Visa Gold + 200 AZN və Visa Classic + 100 AZN təqdim olunub.

Müsabiqənin şərtlərinə görə, iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkib, #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdiriblər. Müsabiqə zamanı çəkilən maraqlı 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilib.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır.

 

www.expressbank.az

www.facebook.com/Expressbank