Expressbank müştərilərə iş yerindən arayış almadan kredit təklif edir

Expressbank müştərilərə iş yerindən arayış almadan kredit təklif edir | alkredit.az

Expressbank müştərilərə iş yerindən arayış almadan nağd pul krediti təklif edir. Artıq müştərilər elektron arayışları Expressbank-ın bütün filiallarından əldə edə bilərlər.

Bu xidməti vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Elektron arayışı həmçinin Expressbank filiallarından da almaq olar. Banka gələn müştərilərə planşetlər təqdim olunur və müştərilər bu planşetlər vasitəsilə elektron arayışlar əldə edə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

www.expressbank.az

www.facebook.com/Expressbank