Expressbank manatla mikro kreditlər təklif edir

Expressbank manatla mikro kreditlər təklif edir | alkredit.az

Expressbank müştərilərə sərfəli şərtlərlə, milli valyutada mikro kreditlər təklif edir. “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti isə 36 aydır.

 

Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

 

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 180-dək ExpressPay ödəniş terminalı vardır.