Expressbank nağdlaşdırma üçün komissiya tutmayacaq

Expressbank nağdlaşdırma üçün komissiya tutmayacaq | alkredit.az

“Expressbank”ın plastik kart istifadəçilərinin etrazlarını nəzərə alıb.

Artıq nağdlaşdırma zamanı debet kartları üzrə heç bir komissiya haqqı tutulmur.

Qeyd edək ki, əvvəllər də nağdlaşdırma zamanı debet kartları üzrə heç bir komissiya haqqı tutulmayıb. “Expressbank” 10.05.2016-ci il tarixindən etibarən debet kartları ilə nağdlaşdırma üzrə komissiya haqqını 0,5% müəyyən etmişdi. Lakin 1 ay keçməmiş Bank qərarını ləğv etdi. “Expressbank” müvəqqəti yaranmış narahatçılığa görə də təəssüf edir.

“Müştəri rəy və müraciətlərini nəzərə alaraq, nağdlaşdırma üçün komissiya aradan qaldırılmışdır”,- Bankdan bildirilib.

Son günlər “Expressbank”ın “SmileCard” sahiblərini məyus edən bir hadisə baş verib. Bank kart sahiblərinin kredit xətti limitlərini aşağı salıb. Həmçinin “Expressbank” kredit xətti limitinin avtomatik artırılmasını müvəqqəti dayandırmışdır.

mənbə:marja