Expressbank sərfəli şərtlərlə mikro kreditlər təklif edir

Expressbank sərfəli şərtlərlə mikro kreditlər təklif edir | alkredit.az

Expressbank müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir. “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 8000 AZN-dək, maksimal müddəti isə 30 aydır.

Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil, səhiyyə və neft işçilərinə kreditlər, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

 

www.expressbank.az

www.facebook.com/Expressbank