ExpressPay ödəniş terminallarında Azercellüzrə ödəmələr əlavə olunub

ExpressPay ödəniş terminallarında Azercellüzrə ödəmələr əlavə olunub | alkredit.az

ExpressPay ödəniş terminallarına Azercell üzrəödəmələr əlavə olunub. Artıq 050 və 051 ilə başlayan mobil nömrə sahiblərini balanslarını ExpressPay terminalları vasitəsilə artıra bilərlər.

 

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom–BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

 

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.