ExpressPay ödəniş terminallarında Azeronline üzrə ödəmələr əlavə olunub

ExpressPay ödəniş terminallarında Azeronline üzrə ödəmələr əlavə olunub | alkredit.az

ExpressPay ödəniş terminallarında Azeronline üzrə ödəmələr əlavə olunub

 

ExpressPay ödəniş terminallarına Azeronline İnternet provayderi üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər İnternet üzrə ödəmələrini terminallarda ödəyə bilərlər.

 

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, bank Nikoil, Bakcell və NarMobile mobil operatoru, AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, Azərsu, Ailə TV və Ailə Net, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri, BTRİB, AzEuroTel, Bakinternet, AzDataKom, Aztelekom və AztelekomNet (Bakı, Abşeron və Sumqayıt), həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

 

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 160-dək ExpressPay ödəniş terminalı vardır.