Extra Card nədir?

Extra Card nədir? | alkredit.az

ASB Bank, Azərbaycan bank sistemində ilk dəfə olaraq MilliKart prosessinq mərkəzi, Mastercard və Cardtek grup şirkətlərindən SmartSoft-un əməkdaşlığı ilə plastik kartlarda taksit sisteminin tətbiqini uğurla həyata keçirmişdir.

ASB Bankın yeni taksit kat məhsulu “Extra Card” adlanır. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alan xidmət və ya malların dəyərini 12 ayadək hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.

Extra Card çeşidləri bonus xüsusiyyətləri olan Extra Card Maestro, həm taksit edən, həm də bonus qazandıran - Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartlarıdır.

Extra Card-ın ölkə indiyədək analoqu olmayan xüsusiyyətləri:
- ilk dəfə onlayn rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi;
- normal bir kredit kartının bütün xüsusiyyətlərilə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni hissə-hissə ödəməyə imkan verməsi;
- xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;
- tək bank hesabı ilə həm kart hesabının, həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi;
- filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənilə bilməsi;

Həmçinin Extra Card ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.
Extra Card-ı əldə etmək üçün ən yaxın ASB Bank filialına müraciət edilə bilər və ya şəhər telefonlarından 4934949 nömrəsinə zəng edilə bilər.