FINCA Azerbaijan artıq borclanmanın qarşısını aldığı üçün sertifikat aldı

FINCA Azerbaijan artıq borclanmanın qarşısını aldığı üçün sertifikat aldı | alkredit.az

Bakı və Vaşinqton – Bu gün “FINCA Azerbaijan” Smart Kampaniyasının Müştəri Mühafizəsi Sertifikatını aldığını elan edib.

Bu qlobal təşəbbüs mikromaliyyə sahəsində müştərilər ilə münasibətdə yüksək etik standartların tətbiqinin qəbul edilməsini təsdiq edir. Bununla “FINCA Azerbaijan” bu sertifikatı almış “FINCA Kyrgyzstan” və dünya üzrə digər 41 maliyyə institutlarının cərgəsinə qoşulur.

“Məsuliyyətli bankçılıq və müştərilərimizin uzunmüddətli rifahına güclü diqqətimizin olması həm FINCA təşkilatının missiyasında, həm də bizim əməliyyatlarımızda öz əksini tapmışdır. Biz daxili standartlarımızı və siyasətlərimizi müştərilərimizdə artıq borclanmanın qarşısını almaq və müştərilərimizlə daima ədalətli və etik davranışı tətbiq etmək üçün uyğunlaşdırmışıq”, - deyə“FINCA Azerbaijan”ın ölkə üzrə Direktoru Timoti Tarrant  bildirib.

“FINCA Azerbaijan” bu sertifikatı Smart Kampaniyasının yeddi Müştəri Mühafizəsi Prinsiplərinin  daxil olduğu müştərilərin maraqlarının qorunması öhdəliyinə sadiq qalmasının nişanəsi olaraq almışdır.  Bu prinsiplərə, uyğun məhsulun hazırlanması və çatdırılması, artıq borclanmanın qarşısını almaq, şəffaflıq, məsuliyyətli qiymətqoyma, müştərilərlə ədalətli və hörmətlə davranış, müştəri məlumatlarının məxfi saxlanılması və şikayətlərin həll edilməsi üçün mexanizm daxildir. Sertifikatlaşdırmanı Smart  Kampaniyasının müstəqil və lisenziyalı qiymətləndirmə şirkəti olan MicroFinanza Rating aparmışdır.

Smart Kampaniyasının Direktoru İzabel Barresin sözlərinə görə,  "FINCA Azerbaijan”ın sertifikatlaşdırma statusu təşkilatın işçi heyətinin gördüyü hərtərəfli işin və onların ölkədə müştərilərə yönəlmiş diqqətinin göstəricisidir.  “"FINCA Azerbaijan”ın müştəri mühafizəsi sahəsində lider olmağından və müştəri mühafizəsi təcrübəsini öz institusional mədəniyyətində təşviq etməyindən qürur duyuruq”, - deyə İzabel barres bildirmişdir.

mənbə:marja