“FINCA Azerbaijan” dollar müştərilərinə güzəştə gedəcək

FINCA Azerbaijan dollar müştərilərinə güzəştə gedəcək | alkredit.az

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı dollar ilə kredit götürmüş və ödənişlərdə çətinliklə qarşılaşan müştərilər üçün kreditlərinin ödəniş müddətində müəyyən güzəştlərin tətbiq olunmasını nəzərdə tutub. Bu barədə “Marja”ya Təşkilatdan bildirilib.

“FINCA Azerbaijan”dan əlavə olaraq bildirilib ki, Hər zaman müştərilərinin ən ümdə maraq və istəklərinə uyğun olaraq fəaliyyət strategiyasını müəyyənləşdirən “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı manatın devalvasiyasından sonra da kreditləşməni həm manatla, həm də dollarla həyata keçirməkdə davam edir.

“FINCA bu günə qədər tətbiq etdiyi şərtlər və faiz göstəriciləri əsasında məhdudiyyətsiz olaraq kreditverməni ölkənin bütün regionlarında fəaliyyət göstərən 67 filial ofisi vasitəsilə icra etməkdədir”.