FINCA Azerbaijan yeni alternativ kreditvermə kanalını işə salır

FINCA Azerbaijan yeni alternativ kreditvermə kanalını işə salır | alkredit.az

“FINCA Azerbaijan” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif etməyə başlayıb.

Təşkilatdan "Marja"ya daxil olmuş məlumata görə, yeni plastik kartlar “FINCARD” adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kreditvermə kanalı sayılır. Hazırda kredit kartları sınaq layihə çərçivəsində təşkilatın bir neçə filialında həm yeni, həm də təkrar müştərilərə təklif olunur.

“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın kassalardan əlavə kredit çatdırılması kanallarının yaradılması istiqamətində mühüm addımlardan biridir. Müştərilər “FINCARD” ilə bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

Artıq Təşkilatın bir neçə müştərisi “FINCARD” əldə edərək yeni kreditvermə kanalından  uğurla istifadə etmişdir. “FINCA Azerbaijan”ın  bu xidməti  Təşkilatın Azərpoçt və Millikart  ilə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur.

Təşkilatın www.finca.az İnternet ünvanına daxil olaraq “FINCARD” lokal ödəniş kartı ilə bağlı daha ətraflı məlumat əldə etmək mümkündür.


FINCARD ilə bank (göstərilmiş siyahıya uyğun) və poçt şöbələrində nağd pul vəsait çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərsiniz. POS-terminalı istifadə edən məsul şəxs kart avadanlığa daxil edəcək və sizin alış-veriş etdiyiniz məbləği orda qeyd edəcəkdir. Daha sonra dörd rəqəmli məxfi şifrəni daxil edilməsi xahiş olunacaq, şifrəni daxil etdikdə kiminsə görmədiyinə əmin olunur, şifrə daxil olduqdan sonra ekranda şifrə bu formada **** görsənəcək və sonda, terminalda ödəniş əməliyyaƨnın olmasını təsdiq edən qəbz təqdim olunacaqdır.

Şifrəni daxil etdikdə təhlükəsizlik məqsədi ilə aşağıdakı addımlara riayət edilməsi tövsiyə olunur:

1. PİN kodu daxil etməmişdən əvvəl POSterminala yazılan məbləğə diqqət edilməli və əmin olunmalıdır ki, bu məbləğ düzgün yazılıb.

2.PİN kod POS-terminala müştəri tərəfindən yazılır, yaşıl düymə sıxılır və ekranda PİN kodun düzgünlüyünü göstərən mesaja diqqət yetirilir. PİN kod düzgün olmayan halda şifrə dəqiqləşdirilir və bir daha POS terminala daxil edilir. Şifrə 3 dəfə yanlış daxil edilirsə, kart bloka düşür və blokdan çıxarılmayanadək hər-hansı bir əməliyyaƨ etmək mümkün olmur. Karƨ blokdan çıxarmaq üçün tərəfdaş bankla (kartn üzərindəki nömrə) əlaqə saxlamaq lazımdır.

3.Terminaldan ödənişi təsdiqləyən qəbz götürülür, üzərindəki məbləğ yoxlanılır, imzalanıb POS-terminalı istifadə edən məsul şəxsə verilir. Məsul şəxs qəbzin birini alış-veriş çeki ilə bərabər müştəriyə təqdim etməlidir.

Kartdan istifadə qaydaları

1.Karın etibarlılıq müddətinin 3 və ya 5 illik olmasını özünüz təyin edirsiniz.

2.Kart təkrar yüklənə biləndir; ilk kredit məbləği bitdikdən sonra eyni karta əlavə olaraq təkrar FINCA krediti yüklənə bilər.

3.Kart yararsız hala düşməməsi üçün mexaniki zədələrdən və güclü elektromaqnit dalğaların təsirindən qorunmalıdır.

4.Kart üçüncü şəxslərin istifadəsinə verilməməlidir. Karın təhlükəsiz yerdə saxlanılması təmin edilməlidir.

5.Kart sahibi pərakəndə Ticarət müəssisəsində ödəniş karƨ ilə əməliyyat aparmaq istədikdə karƨn bu müəssisədə keçərli olub-olmamasını öyrənməlidir.

6.Kartn üzərində olan etibarlılıq müddəti nəzarətdə saxlanılmalıdır; etibarlılıq müddəti qurtarmış FINCARD ödənişə qəbul olunmur, habelə bankomata daxil edildikdə bankomat tərəfindən geri qaytarılmır.

7. Karın itirilməsi, oğurlanması və ya səlahiyyətsiz şəxs tərəfindən istifadə fakƨ aşkar edildikdə ən qısa zamanda mümkün əlaqə vasitələri ilə FINCA məlumatlandırılmalıdır ki, kart bloka salınsın.

8. Geri ödənişlər müqaviləyə əsasən FINCA filialarında, Azərpoçt, Bank, POS terminallarda ödənilə bilər.

9. Bir kart yalnız bir valyutada, ya AZN ya da USD ilə təqdim olunur, ikili valyutada olan kreditlər üçün 2 kart veriləcəkdir - AZN və USD. FINCARD-ın üzərində valyuta göstərilmişdir.

FINCARD içərisində nağd pul vəsaiti olan ödəniş kredit kartıdır. Bu kart vasitəsi ilə həm bankomatlardan (ATM) nağd pul çıxara, həm də mal və xidmətlər üzrə müxtəlif ödənişləri POS-terminallarda edə bilərsiniz. Kartın içərisindəki məbləği arzu etdiyiniz şəkildə, hissə-hissə və ya birdəfəlik istifadə etmək mümkündür.