Fitch 2016-da qlobal iqtisadi artımın 2.6% olacağını təxmin edir

Fitch 2016-da qlobal iqtisadi artımın 2.6% olacağını təxmin edir | alkredit.az

Fitch Ratings, 2016-da qlobal iqtisadi artımın 2.6% səviyyəsində olacağını təxmin edir.

Fitch hesabatında, inkişaf etməkdə olan bazarlardakı zəifliyin kredit reytinqlərinin görünüşünə təsir etdiyi bildirilir. Aşağı əmtəə qiymətlərinin inkişaf etməkdə olan ölkə reytinqləri üçün ən böyük risk olduğu vurğulanıb.

Fitch açıqlamasında 2016-da Braziliya iqtisadiyyatının daha az geriləyəcəyini və Rusiya iqtisadiyyatının tənzimlənəcəyini, ancaq Çində səngimənin davam edəcəyini bildirib.

Fitch hesabatında, neft, qaz, metallar və mədənçilikdə investisiyalarda kəskin azalmaların xarici tədarükçülər və podratçılara da pis təsir etdiyi qeyd olunub. Riskin enerji sektorunda cəmləşdiyi və ABŞ-da yarım il etibarilə bu sektorda defoltların 11 faiz olacağı vurğulanıb.