Fitch Ratings təşkilatı DəmirBank-ın reytinqini əvvəlki səviyyədə təsdiqlədi

Fitch Ratings təşkilatı DəmirBank-ın reytinqini əvvəlki səviyyədə təsdiqlədi | alkredit.az

"Fitch Ratings" təşkilatı "DəmirBank"ın uzunmüddətli kredit reytinqini əvvəlki səviyyədə - "B" səviyyəsində təsdiqləmişdir.

"Fitch"in son açıqlamasında "DəmirBank"ın hazırda kapital adekvatlığı göstəricilərinin müəyyən olunmuş requlyativ tələblərə cavab verdiyi vurğulanmışdır.

Qeyd edək ki, "B" reytinqi Bankın maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətində olduğunu təsdiq edir.

Hazırda ölkədə fəaliyyət göstərən banklardan yalnız az hissəsi beynəlxalq reytinqə malikdir. Bankın reytinqi onun beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsində də mühüm əhəmiyyət kəsb edir. “DəmirBank” beynəlxalq reytinqlərin verilməsi sahəsində dünyada aparıcı mövqelərə malik olan “Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq 2004-cü ildə qiymətləndirilib, bununla Azərbaycanda beynəlxalq reytinq almış ilk özəl bank olub.

“DəmirBank”ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.

 

http://www.demirbank.az/

www.facebook.com/demirbank.az