Güclənən dollar ABŞ iqtisadiyyatına pis təsir etdi

Güclənən dollar ABŞ iqtisadiyyatına pis təsir etdi | alkredit.az

Cümə günü açıqlanan məlumata görə ABŞ-ın ticarət kəsiri Dekabrda 2 ildən uzun müddətin ən yüksək səviyyəsinə çıxıb. Bu vəziyyətə avtomobil idxalında artım və ixracın azalması səbəb olub.

Amerikalılar daha az ixrac etdikləri halda, idxal artıb. Bu vəziyyətin səbəblərindən biri də dolların bahalaşmasının Amerika mallarını və xidmətlərini qlobal bazarda daha az rəqabətədavamlı hala gətirməsi olub.

ABŞ-ın Ticarət Nazirliyindən verilən açıqlamaya görə, kəsir Dekabrda 46.6 milyard dollara çıxıb və bu, 2012-ci ilin Noyabr ayından indiyədək ən yüksək səviyyədir. İqtisadçılar kəsirin 38 milyard dollar olacağını proqnozlaşdırırdılar.