Hökumət banklara yardım edəcək

Hökumət banklara yardım edəcək | alkredit.az

Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditləri artan və aktivlərinin keyfiyyəti pisləşən banklara münasibətdə ayrıca proqramı var.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

"Banklar qısamüddətli likvidlik problemi ilə üzləşərsə, biz bu situasiyanı göz altına almışıq. Hökumət o banklara likvidliklə bağlı yardım etməyə planlaşdırır. Bilirsiniz ki, "Bank Standard" üzləşdiyi belə bir problemi həll etmək üçün çox təcili qaydada yardım olundu"

"Son bir il ərzində kreditlərin verilməsi şərtlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib". Bunu da Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, kreditlərin həm müddəti, həm faiz dərəcələri aşağı salınıb: "Xüsusilə devalvasiyadan sonra banklar vaxtı keçmiş kreditlərin böyük hissəsini faizlər üzrə güzəştə gediblər, müddətləri azaldıblar. Banklarda əlavə resurslar formalaşdıqca, əlavə güzəştlər də tətbiq oluna bilər. Bu, banklarla müştərilər arasında olan münasibətlərdir".

Mənbə: APA