Hökumətin 2016-cı il üçün AZN/USD məzənnəsi proqnozu

 

Hökumətin 2016-cı il üçün AZN/USD məzənnəsi proqnozu | alkredit.azAzərbaycan hökuməti 2016-cı ildə manatın dollar qarşısında məzənnəsinin 1.05 AZN/USD səviyyəsində qalacağını proqnozlaşdırır.

Bu barədə Azərbaycan Respublikasının 2016-cı il və sonrakı  üç il  üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin icmalında deyilir.

İcmalda qeyd olunur ki, 2015-ci ilin fevral ayında həyata keçirilmiş manatın məzənnəsinin korreksiyası xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəldilmişdir.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində isə qeyd olunur ki, 2016-cı ildə və qarşıdakı 3 ildə ölkədə milli valyutanın məzənnəsinin bivalyuta səbətinə daxil olan valyutalara nisbətdə dəyişməz qalacağı gözlənilir.

Başqa sözlə, qarşıdakı 4 il ərzində 1 ABŞ dollarının 1,0500 manat, 1 avronun isə 1,1332 manat səviyyəsində olacağı gözlənilir.

MANAT ÜÇÜN RİSKLƏR

İcmalda qeyd olunur ki, 2015-2016-cı illər üzrə dünya iqtisadiyyatında artımın proqnozlaşdırılmasına baxmayaraq, bu proqnozların reallaşmasında bir sıra risklər mövcud olacaqdır. Beynəlxalq Valyua Fondunun (BVF) mütəxəssislərinin fikrinə əsasən, yaxın müddətli dövrdə dünya iqtisadiyyatının artımına təsir edən əsas risklər aşağıdakılardır:

-Avrozonada davam edən borc problemi;

-ABŞ-da faiz dərəcəsinin təkrar artımı İEOÖ-dən kapital axınına səbəb ola bilər;

-ABŞ dollarının güclənməsi bır sıra ölkələri tədiyə balansı riski və xarici borcun maliyyələşdirilməsi riski ilə üzləşdirir;

-İEÖ-də müşahidə edilən aşağı inflyasiya və hətta deflyasiya, xüsusilə böyük həcmdə dövlət borcu olan ölkələrdə işgüzar fəallığın artmasını əngəlləyir;

-Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi, Yaxın Şərqdə davam edən müharibə yanacaq məhsullarının dünya bazarında maneəsiz çıxarılması yolunda risklər yarada bilər;

-Çin iqtisadiyyatında artım ilə əlaqədar risklər, ölkənin maliyyə bazarında yaranan mövcud çətinliklər və milli valyutanın qismən dəyərdən düşməsi.

mənbə:marja