İşsizlərə bu məbləğlərdə pul veriləcək

İşsizlərə bu məbləğlərdə pul veriləcək | alkredit.az

Azərbaycanda iş yerini itirənlərə aylıq sığorta ödənişi veriləcək. Bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “İcbari işsizlik sığortası haqqında” qanun layihəsində öz əksini tapıb.

Nazir müavini İdris İsayevin sözlərinə görə, işini itirmiş şəxsə veriləcək sığorta ödənişinin məbləği onun iş stajından asılı olacaq. Amma söhbət son 1 ildə işsiz qalmış adamlardan gedir: “Sığorta ödənişi son 2 ayın əmək haqqının orta məbləğinin 70%-i qədər olacaq. Amma bu, 10 ildən artıq iş stajı olanlara aiddir. İs stajı 2 ilə qədər olan şəxslər 50%, 2-5 il arası olanlar 55%, 5-10 il arası olanlar isə 60% nisbətində aylıq sığorta ödənişi alacaqlar”.

Mənbə: Fins.az