İcbari sığortada tələyə düşə bilərsiniz

İcbari sığortada tələyə düşə bilərsiniz | alkredit.az

Azərbaycanda Avtomobil  vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının satışı ilə məşğul olan agentlərin yol verdikləri qanunsuzluqlargündən-günə artır.

Artıq agentlər avtomobil sahibinin sığorta şəhadətnaməsinin bitməsinə xeyli qalmış, sığortalının xəbəri olmadan yeni şəhadətnamənin yazılmasına başlayıblar. Digər bir problem isə, eyni avtomobilə digər bir sığorta şirkəti tərəfindən ikinci şəhadətnamənin yazılmasıdır. Bu halda avtomobilin mühərrik və ya bank nömrələri İcbari Sığorta Bürosunun sisteminə yalnış daxil edilərək yazılır.

Tutaq ki, sizin avtomobilinizə görə icbari sığortanızın vaxtı 23 noyabrda başa çatdığı bir halda, sığorta şirkəti 10 noyabrda, məlumata görə, hətta 1-2 ay əvvəl yeni şəhadətnamə yazılır. Eyni zamanda, digər bir sığorta şirkəti də sizin adınıza sığorta şəhadətnaməsi yazır. Amma bunu İcbari Sığorta Bürosunun sisteminə avtomobilinizin mühərrik və ban nömrələrini yalnış daxil etməkələ edir. Əlbəttə, belə şahədətnaməyə sahib olsanız qəza olduğu halda ödəniş almağınız mümkün olmayacaqdır.

Bunu İcbarı Sığorta Bürosunun (İSB) sistemindəki məlumatlar ilə də sübut etmək mümkündür. Məsələn, XX- LN 326 dövlət qeydiyyat nömrəsi olan (şərti yazırıq) avtomobilə görə, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin müddəti 23 Noyabr 2015-ci il tarixində bitdiyi halda “Azsığorta” ASC tərəfindən 10 Noyabr 2015-ci il tarixində yeni şəhadətnamə sistemə buraxılıb. Şəhadətnamə bugündən qüvvəyə minib.

XX- LN 326 nömrəli avtomobilə görə “Xalq Sığorta” ASC də şəhadətnamə yazıb. Halbuki, 1 avtomobilə görə 1 şəhadətnamə yazılmalıdır. “Xalq Sığorta” şəhadətnaməni bu gün yazaraq sistemə buraxıb və sabah qüvvəyə minəcəkdir.

“Xalq Sığorta” ASC-nin, “Azsığorta” ASC-nin ardınca eyni nömrəli avtomobilə şəhadətnamə yazması düşündürücüdür.

Belə çıxır ki, İSB-nin sistemi bir dövlət qeydiyyat nömrəsinə bir neçə şəhadətnamə yazmağa imkan verir. Bu bir halda mümkün ola bilər ki, avtomobilin mühərrik və ya bank nömrəsinin son rəqəmi fərqli yazılsın. Elə, bir sıra agentlər də  mühərrik və ya bank nömrəsinin son rəqəmini dəyişik yazaraq sığorta şəhadətnaməsinı yazırlar. Təbii ki, qəza olduğu halda həmin şəhadətnamənin avtomobilə aid olmadığı deyilə bilər. Bu halda da sığortalı, ödəniş almaqdan məhrum qalacaqdır.

Belə tələlərə düşməmək üçün sığortanı etibarlı yerdən almağınızı və İSB-ninsisteminə daxil olaraq müqavilə məlumatlarını yoxlamağınızı məsləhət görürük.

16:00

 

“Xalq Sığorta”dan bir avtomobilə 2 icbari sığorta yazılmasına münasibət

“Xalq Sığorta” ASC, bu gün “Marja”da yayımlanmış  “İcbari sığortada tələyə düşə bilərsiniz” başlıqlı xəbərə münasibət bildirib.

Xəbərdə qeyd olunurdu ki, bəzi sığorta agentləri avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin bitməsinə xeyli qalmış, sığortalının xəbəri olmadan yeni şəhadətnamənin yazılmasını həyata keçirirlər. Digər bir problem isə, eyni avtomobilə görə digər bir sığorta şirkəti tərəfindən ikinci dəfə icbari sığorta  şəhadətnamənin yazılmasıdır. Ehtimal olunur ki, ikinci dəfə şəhadətnamə avtomobilin mühərrik və ya bank nömrələri İcbari Sığorta Bürosunun sisteminə yalnış daxil edilərək yazılır. Çünki, 1 avtomobilə görə 1 şəhadətnamə yazılmalıdır.

“Xalq Sığorta” ASC-nin Satış İdarəsinin müdiri Emin Tahirov “Marja”ya bildirildi ki, məqalədə şərti olaraq qeyd edilən nömrə nişanlı avtomobilin sahibi bu gün “Xalq Sığorta” tərəfindən sığortalanıb:

“XX- LN 326 dövlət qeydiyyat nömrəsi olan  avtomobil ötən il “Azsığorta” şirkəti tərəfindən sığortalanmışdır və sığortanın müddəti dünən başa çatıb. Həmin avtomobillə görə, yenidən icbari sığorta 23 Noyabr 2015-ci il tarixində “Xalq Sığorta” tərəfindən yazılıb. Bunu sənədlər ilə də sübüt edə bilərik, müştəriyə tərəfimizdən qəbz də verilib.  Bizdən əvvəl,  10 Noyabr 2015-ci il tarixində həmin avtomobilə görə “Azsığorta” şirkəti tərəfindən də şəhadətnamə yazılıb. Böyük ehtimalla “Azsığorta”  ban məlumatlarını sistemə səhv daxil edərək şəhadətnaməni yazıb. “Azsığorta” ötən il də sığortalıya ban məlumatlarını yalnış daxil edərək şəhadətnamə yazmışdı. Bu barədə müştəri bizə bildirdi ki, ona dəfələrlə “Azsığorta” şirkəti tərəfindən zəng edilib, lakin o icbari sığortanı onlardan almaqdan imtina edib”.

Emin Tahirov qeyd etdi ki, belə problemlərin yaranmasının səbəbi İcbari Sığorta Bürosunun (İSB) sisteminin çatışmazlığıdır:

“İcbari Sığorta Bürosu dəfələrlə sistemin Dövlət Yol Polisinin (DYP) sisteminə inteqrasiya olunacağını bildirib, lakin bugünədək  həyata keçirilməyib. Əgər Büronun sistemi DYP-nin sistemi ilə əlqədə olarsa eyni nömrəyə görə, ikinci dəfə şəhadətnamə yazmaq problemi aradan qalxar.  Belə olan halda ban və mühərrik nömrələri avtomatik olaraq DYP-nin sistemindən götürüləcək və agentin sistemə belə məlumatları səhv daxil etmək imkanı olmayacaqdır”.

Emin Tahirov əlavə etdi ki, “Xalq Sığorta” ASC  sığorta bazarındakı bəzi agentlərin qanunsuz hərəkətlərinə qarşı sərt mövqe nümayiş etdirir və daima belə hallara qarşı mübarizə aparır.

Qeyd edək ki, İSB-nin sistmində olan məlumata görə, XX- LN 326 dövlət qeydiyyat nömrəsi olan (şərti yazırıq) avtomobilə görə, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin müddəti 23 Noyabr 2015-ci il tarixində bitdiyi halda “Azsığorta” ASC tərəfindən 10 Noyabr 2015-ci il tarixində yeni şəhadətnamə sistemə buraxılıb. Şəhadətnamə bugündən qüvvəyə minib.

XX- LN 326 nömrəli avtomobilə görə, “Xalq Sığorta” ASC də şəhadətnamə yazıb. “Xalq Sığorta” şəhadətnaməni bu gün yazaraq sistemə buraxıb və sabahdan qüvvəyə minəcəkdir.

mənbə:marja