İDEAL-dan saxta ətir açıqlaması

İDEAL-dan saxta ətir açıqlaması | alkredit.az

İDEAL şirkəti ona məxsus mağazalar şəbəkəsində saxta ətirlərin satılmasına dair bəzi KİV-də yayılmış məlumatlarla bağlı rəsmi mövqeyini açıqlayıb.

Şirkətin Facebook səhifəsində açıqlamasında bildirilir: "İDEAL parfum və kosmetika mağazalar şəbəkəsi haqqında bəzi KİV-də yayılmış “İdeal”da saxta ətirlər satılır” məqaləsinə rəsmi münasibət bildirərək aşağıdakıları qeyd edir:

İDEAL Parfumeriya və kosmetika mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb, hazırda 12 mağazası və 5100 kvadrat metrdən çox ümumi sahəsi ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərir. Mağazalarımızda müştərilərə dünyanın 140-dan çox məşhur və eksklüziv brendlərinə məxsus parfum, dekorativ kosmetika və dəri üçün qulluq vasitələri təqdim edilir.

Bildiririk ki, məqalədə yazılanlar tamamilə  əsassız, qərəzli hazırlanmış məlumatlardır. Şəbəkəmizdə təqdim olunmuş məhsulların hər biri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Standartlasdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş gigiyenik və uyğunluq sertifikatlarına malikdir.

Gələn həftə İDEAL şirkəti olaraq jurnalistlər üçün mətbuat konfransı təşkil ediləcək, bütün jurnalistləri tədbirə dəvət edirik. Tədbirin yeri və dəqiq vaxtı haqqında əlavə məlumat veriləcək".

Qeyd edək ki, İDEAL parfum və kosmetika mağazalar şəbəkəsi haqqında “Yeni Müsavat” qəzeti“-də, Musavat com” saytında “İdeal”da saxta ətirlər satılır” məqaləsi yazılmış və daha sonra bir sıra saytlar tərəfindən köçürülmüşdür.

mənbə:marja