İlin dörd fəslində Azərbaycana gəlir gətirə biləcək sahə

İlin dörd fəslində Azərbaycana gəlir gətirə biləcək sahə | alkredit.az

Azərbaycan ekoloji və sağlamlıq turizminin bir model ölkəsi ola bilər.

Bunu Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosasiyasının rəhbəri Ruslan Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm müalicəvi təbii sərvətlər ilə zəngindir, həm də, ölkəmizin müalicə turizmi ilə bağlı ənənələri mövcuddur:

“Azərbaycanda alternativ turizm növlərinin inkişafı diqqət mərkəzindədir. Son illər Azərbaycanın müalicəvi turizm mərkəzləri olan  Naxçıvanda “Duzdağ”da, Naftalanda, Şabranda Qalaaltında müasir otellər tikilib istifadəyə verilib. Duzdağ, Qalaaltı və Naftalan Azərbaycanı dünyada geniş tanıda bilər. Bundan başqa, Qəbələ, Oğuz və Qax rayonlarının ərazisində şəfalı su mənbələri mövcuddur”.

“İNSAN DƏRDİNƏ ƏLAC TAPMAQ ÜÇÜN AZƏRBAYCANA GƏLƏCƏK”

Ruslan Quliyev qeyd edibi ki, bəlkə, bir insan istirahət məqsədilə hansısa ölkəyə getməyə bilər, amma dərdinə əlac tapmaq üçün gedəcək:

“Azərbaycanın Naftalan nefti və Qalaaltı suyu keçmiş sovet ərazisində çox məşhur idi. Sadəcə, bu məhsullar barədə orta və yuxarı yaş qruplarının hafizələrində oyanış etmək lazımdır. Son zamanlar Qəbələdə, Naxçıvanda, Naftalanda, Qalaaltında dünya standartlarına cavab verən turizm obyektləri istifadəyə verilib. Mən düşünürəm ki, yeni turizm obyektlərinin də yaradılmasına, əlavə infrastrukturun qurulmasına ehtiyac var. Naftalanda yeni turizm obyektləri  tikilə bilər. Hava limanının istifadəyə verilməsi Rusiya və Qazaxıstandan Naftalana birbaşa reyslərin açılmasına gətirib çıxarda bilər”.

“BU TURİZM 12 AY AKTUALDIR”

Ruslan Quliyev əlavə edib ki, sağlamlıq turizmi mövsümi xarakterli deyil, 12 ay aktualdır:

“Biz turizm günlərinin sayını artırmaq istəyiriksə, sağlamlıq turizmində qış və ya yayın olması önəm kəsb etmir. Başqa turzim növlərindən fərqli olaq sağlamlıq turizimində gecələmə sayı çoxdur. Müalicə kursundan asılı olaraq 14, 21, 24, 28 gün təşkil edir və bu da bizə böyük dividendlər gətirə bilər”.

 

mənbə:marja