İllik daha az faizlə ev ala bilərikmi?

İllik daha az faizlə ev ala bilərikmi? | alkredit.az

Yeni tikilmiş binalar üzrə rəqabətliliyin  artması ev sahibi olmaq istəyənlərə bir çox “güzəştli” təkliflərin  təqdim olunmasına şərait yaradır.  Bu, hazırda daşınmaz əmlak bazarında ilkin ödənişsiz 20 il ödəmə, 10% ilkin ödənişlə 20 illik ipoteka şərtləri ilə mənzil təklif etməyə sövq edir. İnşaat şirkətlərinin təqdim etdiyi son kampaniyalar ilk baxışda sərfəli görünərək bir çox büdcəyə uyğun satıldığı təəssüratını doğursa da, diqqətli olmalıyıq. “Sərfəli ipoteka”, “tam hazır” adları ilə “tələyə” düşə bilərik!

Ötən ilin sonlarından başlayaraq bir çox tikinti şirkətləri mənzillərin 20 illik ipoteka ilə satışına başladı. Tək şəxsiyyət vəsiqəsi ilə təklif edilən 20 illik ipoteka şərtlərinə əsasən, hazır yeni tikili binalardan ev almaq üçün 10% ilkin ödəniş etmək və ya ilkin ödənişsiz 12-15 ayadək təhvil veriləcək binalardan mənzil almaq mümkündür.

Yeni binalarda hazır və ya hazır olmayan mənzillərin satışı üzrə təklif edilən 20 illik ipoteka şərtlərini insanlar çox maraqla qarşıladı. Həyəcanına qapılmayıb aylıq ödənişləri yenidən hesablayanlar, təklifə “əladır” deyib dərhal ev alanlar, bu şərtlərin çox ağır olduğunu düşünərək daha alternativ təklif edən şirkətlərə üz tutanlar da oldu.

BİR MƏNZİLƏ GÖRƏ 2 MƏNZİLİN PULU ÖDƏNİLİR

Son təkliflərə əsasən 20 il ərzində bir mənzilə görə, illik 8% banka əlavə faiz ödəməli oluruq. Hal-hazırki iqtisadi böhran dövrünü və hamımızın ailəsində maddi gəlirliliyin aşağı düşməsini nəzərə alarsaq, mənzilin 1 kvadrat metrinin dəyərinin aşağı, yaxud heç olmasa bazar qiymətində təklif olunmasını arzulayardıq.

AMMA ARZULARIMIZLA REALLIQLAR TAMAM FƏRQLİDİR

“Marja”nın araşdırmasına görə, mənzili ikiqat bahalı edən illik 8%-lik annuitet hesablama qaydası ilə yanaşı, həm də ipotekaya qoyulmuş mənzilin kvadratının bazar qiymətindən daha baha hesablanmasıdır. Məsələ budur ki, mənzillərin 1 kvadrat metrinin qiyməti həddindən artıq şişildilərək alıcılara təqdim edilir. Əlbəttə, mənzilin satış şərtlərinin uzadılması çox təqdirəlayiqdir. Lakin mənzilin kvadrat metrinin qiymətinin süni şəkildə qaldırılması alıcıya illərlə böyük rəqəmlər ödəyərək kredit borcunu qaytarmağa  asan olmayan səbəb yaradır.

BU PULLA TANK ALMAQ OLAR

Bəzi tikinti şirkətlərinin 20 illik ipotekası ilə alınan mənzilə ödənilən pulla, xalqın deyimi ilə desək, tank almaq olar.

Bakı şəhərinə ən yaxın məsafədə yerləşən Xırdalan şəhəri bu gün daşınmaz əmlakın alqı-satqısında aktiv zonalardan biridir. Buna bir çox faktorlar təsir edir, məs., Xırdalanın Bakı şəhərinə daha yaxın olması, qiymətlərin münasib  təklif edilməsi və s.

İLKİN ÖDƏNİŞSİZ 20 İL, İLLİK 8%-LƏ (EFFEKTİV 4.5%-LƏ) TƏKLİF OLUNAN EVLƏR!!!

Bu şüar altında Xırdalan şəhərində 12-15 ay sonra təhvil veriləcək binada mənzillərin1 kvadrat metrinin qiyməti təxminən 1200 manatdan təklif edilir. Yəni 2 otaqlı59.5 kv.m təmirli təhvil veriləcək mənzili ilkin ödənişsiz, 20 illik, ayda 594 manat ödəməklə almaq mümkündür. Bu o deməkdir ki, 2 otaqlı mənzil alıcıya 20 ilin sonunda təxminən 143 min manata başa gələcəkdir. Hesablasaq 20 ilə evin 1 kvadrat metrinin qiyməti 2 396 manat təşkil edəcəkdir.

10% İLKİN ÖDƏNİŞLƏ TƏKLİF OLUNAN EVLƏR

Bu çağırışla  kütləyə səslənən və ev almaq üçün müraciət edildiyində evlər “3 aya təhvil veriləcək” deyilərək, “hazır” təmirsiz mənzilin kvadratının 900 manatdanhesablandığı bildirilən digər bahalı təkliflə də məhz Xırdalanda qarşılaşmaq olar.  Bu təklifdən yararlandığımız zaman 59 kvadrat metr mənzili almaq üçün 5 310 manat ilkin20 il ayda 399 manat ödəniş etməyimiz lazım olacaq. Hesablasaq 20 ilə bu təkliflə evin 1 kvadrat metrinin qiyməti 1 716 manata başa gələcəkdir.

Araşdırmamızda məlum oldu ki, hal-hazırda son devalvasiya və qismən qiymət artımını da nəzərə alsaq, Xırdalanda hazır təmirsiz mənzilin 1 kvadrat metrinin orta qiyməti 750-850 manat, təmirli mənzilin 1 kvadrat metrinin qiyməti isə 900-1000 manat təşkil edir. Yəni nəğd qiymətə Xırdalanda təmirli 2 otaqlı mənzili 60-75 min manata almaq mümkündür.

BƏS AYDA CƏMİ 100-200 MANATA MƏNZİL ALMAQ MÜMKÜNDÜRMÜ?

2016-ci ilin başlanğıcında isə daha uzun müddətli – “25 il,  illik 4% ipoteka şərtləri ilə mənzil sahibi olun”başlığı altında yeni təklif dalğası daşınmaz əmlak bazarını bir daha canlandırdı. Bu təklifdə hazır, yarımtikili və təməldən olmaqla evlər 3 istiqamət üzrə təklif olunur. Yəni, hazır binaların 25 illik kreditlə satışı zamanı, mənzilin 1 kvadrat metrinin qiyməti 850 manatdan, yarımtikili binaların 1 kvadrat metrinin qiyməti 750 manatdan və təməl qazma işləri gedən binalarda olan evin 1 kvadrat metrinin qiyməti isə 650 manatdan hesablanır. 40-20-10% ilkin ödəniş edilir və borc qalığı 25 il, illik 4% olmaqla hesablanır. Məsələn, yarımtikili – 12 aya  təhvil veriləcək 59 kvadrat metr ev aldığınız təqdirdə, 8892 manat ilkin, 25 il ayda 187 manat ödəniş etməlisiniz. Hesablasaq25 ilə evin 1 kvadrat metrinin qiyməti 1 101 manat təşkil edəcəkdir.

mənbə:Marja