İnternetin vəziyyəti ilə bağlı rəsmi açıqlama

İnternetin vəziyyəti ilə bağlı rəsmi açıqlama | alkredit.az
Günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem artıq aradan qaldırılıb.

Bunu rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən İltimas Məmmədov deyib.

"Təxminən 22:00 radələrində problem aradan qaldırılıb. İnternet artıq var, qoşulur… Digər texniki məsələlərlə mütəxəssislərimiz məşğul olur. Əsas odur ki, problem aradan qalxır, internet var. Artıq regionlar, Naxçıvan internetə qoşulub, Bakı da qoşulmaqdadır", - deyə İ. Məmmədov bildirib.

Saat  23.30 radələrində Azərbaycanda internetin verilişi tam bərpa olunub.

Qeyd edək ki, bu gün saat 15:10 radələrindən etibarən Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalıb. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğındır.

"Delta Telecom"dan açıqlama

Azərbaycan ərazisində internet təchizatında yaranan problem DATA Mərkəzində baş verən yanğınla əlaqədardır.

Bunu "Delta Telecom" MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov bildirib.

"Ciddi problem yoxdur. Sadəcə olaraq DATA Mərkəzində kabellərdə tüstülənmə baş verib. Nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Ehtiyyat avadanlıqlar işə salınacaq. Kiçik bir hissədə ana kabellər yanıb. Ana kabel yandığına görə, internet təchizatında problem yaranıb. Hazırda ana kabel bərpa olunub", - deyə A. Gülməmmədov bildirib.

"Hadisəyə kiberhücum səbəb olmayıb", - deyə A. Gülməmmədov bildirib.

mənbə:marja