İrandan Bakı və İrəvana xəbərdarlıq

İrandan Bakı və İrəvana xəbərdarlıq | alkredit.az

İran Ermənistanın atdığı mərminin ölkəsinin ərazisinə düşməsi ilə bağlı rəsmi Bakı və İrəvana xəbərdarlıq edib.

İran KİV-ləri xəbər verir ki, İran hökuməti qondarma Dağlıq Qarabağdan gələcək istənilən aqressiyaya sərt reaksiya verəcəyini bəyan edib. Azərbaycan və Ermənistan isə aprelin 3-ü yaşanan insidentin təkrarlanmayacağına söz verib.

Hazırda mərminin düşdüyü İranın Şərqi Azərbaycan vilayətinin sərhədində təhlükəsizlik bərpa edilib.

Xatırladaq ki, ötən gün Ermənistanın atdığı top mərmilərindən 3-ü Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsindəki kəndə düşüb. Hadisə nəticəsində yaralanan və ölən olmayıb.

Mənbə: Qafqazinfo